Azərbaycanda zəlzələlərin artmasının səbəbi açıqlandı
Əvvəlki illərə nisbətən son illərdə ölkədə zəlzələlərin sayı artıb. Bunu APA TV-yə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dedi. Onun sözlərinə görə, aktivliyin artmasına baxmayaraq, ən xırda təkanlar belə qeydə alınır.
Qurban Yetirmişli zəlzələlərin artmasının səbəbini də açıqladı.
Onun sözlərinə görə, bu il Şamaxı, İsmayıllı, qərb zonası, Xəzər dənizinin şimal hissəsi, cənubi istiqamətində yer sarsıntısı daha çox müşahidə edilib.
Buna baxmayaraq, hər ilin statistikasını götürdükdə həmişə Şamaxı-İsmayıllı zonası daha aktiv olur.
Qurban Yetirmişli bildirdi ki, təkanların baş verməsinə baxmayaraq, qarşıdakı illərdə güclü zəlzələ gözlənilmir.
Onun sözlərinə görə, regionlarda seysmik stansiyaların çox olması aparılan işlərin əhəmiyyətini artırır.
Qurban Yetirmişlinin sözlərinə görə, rəhbərlik etdiyi qurumun saytında maarifləndirici bölmə yaradılıb. Həmin bölmədə zəlzələ zamanı insanların necə davranmalı olduğu göstərilib, müxtəlif ölkələrdə baş verən zəlzələlərdən götürülmüş videoçarxlar yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"