Bakı-Gəncə yolunda ağır qəza: "Jiquli" aşdı, 23 yaşlı qız öldü
Bakı-Gəncə magistralında avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA TV-nin qərb bürosunun verilən xəbərə görə, “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "VAZ 2107” markalı avtomobil “QAZel” markalı yük maşınına arxadan dəyib, sonra isə yolun kənarına aşıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2499
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3474
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3405
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1176
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
793
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
896