Şəmkirdə “VAZ 2106” dirəyə çırpıldı, ağır yaralı var
Şəmkir rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Zəyəm Cırdaxan kənd sakini, 1984-cü il təvəllüdlü Məftun Vəkil oğlu Allahverdiyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan dirəyə çırpılıb. Qəza zamanı M. Allahverdiyev ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2499
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3474
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3405
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1176
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
793
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
896