Azərbaycan Rusiyadan daha 6 hərbi vertolyot alıb
Azərbaycan mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində “Rusiya helikopterləri” holdinqindən 6 hərbi-nəqliyyat "Mi 17B-1" helikopteri alıb.
APA-nın “kommersant.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya helikopterləri” holdinqinin 2015-ci ilin maliyyə göstəriciləri ilə bağlı hesabatında deyilir.
Hesabatda göstərilir ki, İndoneziya, Banqladeş, Peru, İraq, Şri Lanka və Kuba holdingdən modifikasiya olunmuş "Mi-171" helikopterləri satın alıb.
Şirkət 2015-ci il ərzində 212 helikopter satıb ki, bu say əvvəlki illə müqayisədə 59 ədəd azdır. Lakin valyuta kurslarının kəskin dəyişməsi və ixrac sifarişləri ilə bağlı holding gəlirlərini 50 milyard rubl, xalis gəlirini isə iki dəfə artıra bilib.
OXŞAR XƏBƏRLƏR
15:18
2499
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3474
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3405
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1176
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
793
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
896