Bakıda avtomobil dirəyə çırpıldı: yaralılar var
Bakının Sabunçu rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Ramana qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Volkswagen Passat” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.
Qəza zamanı sürücü xəsarət almasa da, sərnişinlər - 49 yaşlı Təzəgül Əzimzadə və 56 yaşlı Sultan Əzimzadə xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar.
Yaralı sərnişinlərə ilkin tibbi yardım göstərilib. Həkimlər müayinədən sonra yaralıların vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Hadisə yerində polis əməkdaşları olublar. Sürücünün ifadəsi alınıb. Yararsız vəziyyətə düşən avtomobil cərimə meydançasına aparılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2499
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3474
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3405
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1176
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
793
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
896