Bakıda maşın tuneldə aşdı
Bakıda tuneldə yol qəzası olub. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, Abdulvahab Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektini birləşdirən tuneldə baş verib.
Tunellə yüksək sürətlə hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü Əliyev Mərzəlabdin Mirmövsüm oğlu idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, daha sonra isə zərbənin gücündən aşıb. Avtomobil deformasiyaya uğrasa da, möcüzə nəticəsində xəsarət alan olmayıb.
Qəza ilə əlaqədar tuneldə nəqliyyat sıxlığı əmələ gəlib. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya maksimal sürətin 60 km.saat olduğu tuneldə sürət həddinin aşılması səbəb olub. Hadisənin dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək