Binəqədidə 16 mərtəbəli binada yanğın baş verdi
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun 7-ci mikrorayon, Fərman Məlikov küçəsində qeydə alınıb.
Yanğın 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı mənzilin eyvanında başlayıb. Yanğın barədə FHN-nin Yanğından Mühafizə İdarəsinə məlumat verilib.
Hadisə yerinə iki yanğınsöndürən cəlb edilib. Alovun qarşısı qısa zamanda alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2506
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3482
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3412
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1176
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
793
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
896