Cəbhəyanı kəndlərdə 137 ədəd partlamamış hərbi sursat aşkar edilib
Cəbhəyanı kəndlərdə partlamamış xeyli hərbi sursat aşkarlanıb. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.
Hesabata əsasən, aprelin 19-da Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 7-19 aprel tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.
Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək