Azərbaycanın snayper kursunun yeni buraxılışı olub
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. APA TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.
Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2520
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3496
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3425
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1178
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
795
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
898