Türkiyədə Gülən tərəfdarlarına qarşı əməliyyat: 64 nəfər həbs edildi
Türkiyədə rüşvət və maliyyə pozuntularına qarşı geniş miqyaslı əməliyyat keçirilib. APA TV-nin məlumatına görə, İstanbul Baş Prokurorluğunun rəhbərlik etdiyi əməliyyatı İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi həyata keçirib. Əməliyyatlar İstanbul daxil olmaqla 28 vilayətdə keçirilib. Əməliyyat zamanı aralarında jurnalist, vəkil və polislərin də olduğu 64 nəfər saxlanılıb.
Saxlanılanlar içərisində Fatih Universitetinin rektoru Şərif Ali Tekalan, Fətullah Gülənin vəkili Orhan Ərdəmli, "Ergenekon", "Balyoz", "Casusluq", "Oda TV" kimi əməliyyatları idarə edən polis rəisləri Nazmi Ardıç, Tufan Ergüder, Mutlu Ekizoğlu və Yurd Atayünün vəkili Cemaleddin Mutlu, keçmiş yüksək çinli polis məmurları Osman Karakaş, Mutlu Ekizoğlu, Ahmet Davulçu, İbrahim Emre və başqaları da var.
Şübhəlilər Fətullahçı Terror Təşkilatı və "paralel dövlət quruluşu" təşkilatına üzv olmaqda, dindirilmənin gizliliyini pozmaqda günahlandırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək