Dolların kursu dəyişmədi, avro və rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməz qalıb. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,5167 manat olaraq müəyyənləşdirib. Bu kurs, cümə günü açıqlanan məzənnə ilə eynidir. Avronun qiymətində cüzi bahalaşma var. Rəsmi məzənnəyə əsasən, 1 avronun dəyəri 1.7176 manatdır. Rusiya rublu da Azərbaycan manatına nəzərən dəyər qazanıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 22 manat 80 qəpik olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların yeni məzənnələrini həftə içi hər gün açıqlayır.
OXŞAR XƏBƏRLƏR
15:18
2520
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3496
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3425
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1178
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
795
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
898