Fransa-Tehran aviareysi bərpa edildi - 8 İLDƏN SONRA
Fransa "Air France" aviaşirkəti 2008-ci ildən bu yana tətbiq edilən embarqo səbəbi ilə ləğv edilən Paris-Tehran aviamarşrutu üzrə uçuşları bərpa edib.
APA TV-nin "Euronews" a istinadən xəbərinə görə, səkkiz ildən sonra gerçəkləşdirilən ilk uçuşda Fransanın nəqliyyat naziri Alain Vidalies və böyük şirkətlərin nümayəndələri də iştirak edib.
Uçuşdan əvvəl "Air France" rəhbərliyi stüardessaların uzun qollu köynək geyinərək başlarını bağlamasını tələb edib. Bu səbəbdən bəzi stüardessalar uçuşdan imtina edib. Təyyarə sərnişinlərinə də ictimai yerlərdə taxmaq üçün baş örtüyü verilib.
Qeyd edək ki, bu uçuş Qərb dövlətlərinin İrana tətbiq etdiyi embarqonun qaldırılmasından sonra baş tutub.
OXŞAR XƏBƏRLƏR
15:18
2583
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3561
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3487
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1178
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
795
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
898