Türkiyə yenə şəhid verdi
PKK terrorçuları Türkiyədə daha bir partlayış törədib. APA TV-nin “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Mardinin Nusaybin rayonunda terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb. Polislər ərazidən keçərkən baş vermiş partlayış nəticəsində 1 nəfər şəhid olub, daha 3 polis isə yaralanıb.
Digər hadisə isə Qars vilayətində qeydə alınıb. Terrorçularla təhlükəsizlik əməkdaşları arasında atışma baş verib. Qarsın Sarıqamış qəsəbəsinə gələn bir qrup terrorçu əhalidən zorla qida məhsulları toplamağa başlayıb. Dərhal hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və PKK terrorçuları ilə silahlı qarşıdurma yaşanıb. Bu zaman iki polis əməkdaşı yaralanıb.
Bildirilir ki, PKK terrorçuları atəş aça-aça meşəyə doğru gediblər. Onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək