Bakıda avtoyuma məntəqəsində qanlı dava
Ötən gün Bakıda yerləşən avtoyuma məntəqələrindən birində qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, Xətai rayonu ərazisində, Fəzail Bayramov küçəsi 6 ünvanında Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Vüsal Sədrəddin oğlu bıçaqlanıb. Qarın və kürək nahiyəsindən 3 bıçaq xəsarəti alan 30 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən V.Nəcəfovun vəziyyəti ağırdır və dindirilməsi hələ ki, mümkün olmayıb.
Hadisəni törədən 1991-ci il təvəllüdlü Əsgərov Namiq Şərif oğlu tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
2583
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3561
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3487
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1178
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
795
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
898