Cəlalə Nəzəroğlu "Danışığınla həyatı qazan!" kitabını təqdim etdi
Nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu "Danışığınla həyatı qazan!" adlı ilk kitabını təqdim edib.
APA TV-nin xəbərinə görə, kitabda müəllifin düzgün və səlis danışıq, eləcə də nəfəsdən yerində istifadə üsullarına dair tezisləri yer alıb. Oxucular kitabı vərəqləyərkən, nitqin inkişafına dair məşğələ və məsləhətlərlə də qarşılaşa biləcəklər.
Mərasimdə çıxış edən tanınmış telejurnalist Qulu Məhərrəmli bu kitabın düzgün və axıcı nitq qabiliyyətinə sahib olmaq istəyənlər üçün çox dəyərli vəsait olduğunu bildirib.
Müəllifin özü isə çıxışında qonaqlara təşəkkür edib.
Qeyd edək ki, oxucular kitabı şəhərimizin kitab satışı mağazalarından əldə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
15:18
2595
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3574
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3498
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1180
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
797
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
900