İmişlidə dəhşətli qəza: 1 ölü, 6 yaralı
İmişlidə baş verən avtoqəzada 21 yaşlı sərnişin ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.
Şahverdili kənd sakini, Rüstəmov Orxan Qənimət oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rəsullu kənd sakini Əzizov Şəhriyar Tofiq oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində rayonun Rəsullu kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah Üzeyir oğlu Mustafayev dünyasını dəyişib.
Avtoqəza zamanı həmçinin hər iki sürücü və "Mercedes"də olan sərnişinlər - 18 yaşlı Əli İbrahim oğlu Cəfərov, 16 yaşlı Əlizamin Amin oğlu Cəfərzadə, eləcə də "VAZ-2107"-də olan sərnişinlər - 31 yaşlı Vüqar Mülkədar oğlu Xancanov, 18 yaşlı İntiqam Hikmət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək