İrəvanda Robert Koçaryanın evinə qumbara atdılar
İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın evinə hücum edilib.
APA TV-nin Ermənistan mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin rəisi Aşot Aqaronyan bildirib.
İlkin məlumata əsəsən, Koçaryanın evinə qumbara atılıb. Polis nümayəndəsi bildirib ki, hadisə yerində operativ qrup işləyir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan açıqlayıb ki, sabiq prezident Robert Koçaryanın evinə edilən hücum zamanı zərərçəkən olmayıb. Onun sözlərinə görə, Rusiyanın “Sistema” səhmdar-maliyyə korporasiyasının Şura üzvü olan R.Koçaryan hazırda Moskvadadır.
OXŞAR XƏBƏRLƏR
15:18
2595
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3574
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3498
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1180
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
797
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
900