Talış və Xocavənd istiqamətində düşmənin iki hərbçisi məhv edildi
Aprelin 14-dən 15-ə gecə Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində təmas xəttində düşmənə Azərbaycan Ordusu tərəfindən açılan cavab zərbəsi ilə qarşı tərəf iki hərbçisini itirib.
APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun müddətdən artıq hərbi xidmət keçən, 1970-ci il təvəllüdlü hərbçisi Hamlet Xocayan Talış kəndi istiqamətində öldürülüb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin Xocavənd istiqamətində təxribatının qarşısı alınarkən isə daha bir erməni əsgəri, doğum tarixi açıqlanmayan Armen Qriqoryan məhv edilib.
Xatırladaq ki, dünən düşmənin cəbhə xəttində törətməyə cəhd etdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun içik çavuşu Rüstəm Oruc oğlu Əhmədov şəhid olub. Müdafiə Nazirliyi qarşı tərəfə cavabın sarsıdıcı olacağını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək