Bakıda qəribə hadisə: aldığı maşın həmin gün yandı
Bakıda maşın yanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Babək prospektində qeydə alınıb. APA TV-nin xəbərinə görə, hərəkətdə olan 90 LA 622 dövlət nömrə nişanlı "Mercedes Benz" markalı avtomobil qəfil tüstülənib.
Sürücü avtomobili yol kənarına çəkməyə macal tapmamış avtomobili alov bürüyüb. Yanğınsöndürən balonla maşının mühərrik hissəsindəki alova müdaxilə edə bilməyən sürücü Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng vuraraq kömək istəyib. Dərhal hadisə yerinə gələn nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğına müdaxilə ediblər. Onlar alovun maşının salon hissəsinə keçəsinin qarşısını alıblar.
Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilə xeyli ziyan dəyib. Olay yerinə gələn Xətai rayon Dövlət Yol Polisinin əməkdaşlarının bildirdiyinə görə, sürücü avtomobili yeni alıb. Sənədləşdirmə prosesini həyata keçirib evə qayıdarkən də maşın qəfil alovlanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək