Şirvanda yük maşını mağazaya girdi: 1 ölü
Şirvanda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 14.30 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində qeydə alınıb.
Şirvan sakini, 1962-ci il təvəllüdlü Gülasət Əbil oğlu Bağırov idarə etdiyi “Mercedes” markalı 99 FD 124 dövlət nömrə nişanlı yük avtomobilini idarə edərkən yoldan çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtoqəza zamanı bir iribuynuzlu heyvan tələf olub, eyni zamanda magistral qaz xətti də ciddi zədələnib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2611
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3588
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3511
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1181
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
798
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
901