Astarada qəbir daşlarını sındıran şəxs tutuldu
Astara rayonunun Şiyəkəran kənd əsil vandalizm əməli törədilib. Kənd qəbiristanlığında 20-dək məzar daşı sındırılaraq yararsız vəziyyətə salınıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar.
Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş, 46 yaşlı Firudin Eynəli oğlu Babayevi şübhəli şəxs qismində saxlayıblar.
Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
2611
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3588
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3511
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1181
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
798
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
901