Tovuzda 17 yaşlı məktəbli başından güllələndi
Tovuzda qətl törədilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün rayonun Qalaboyun kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.
Qalaboyun kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, hadisə kəndin yaxınlığındakı örüş sahəsində qeydə alınıb.
10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib. Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2619
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3597
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3520
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1181
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
798
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
902