Neftin hasilat həcmi İransız dondurulacaq - RUSİYA VƏ SƏUDİYYƏ RAZILAŞDI
Rusiya və Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olublar. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu barədə razılıq Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı əldə edilib.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi.
Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək