Sarkisyan Təhlükəsizlik Şurasını yenidən topladı
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. APA TV-nin məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Toplantıda Dağlıq Qarabağ cəbhəsində baş verənlər müzakirə olunub. Daha sonra Sarkisyan cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı tapşırıqlarını verib.
Qeyd edək ki, Sarkisyan sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırıb. Həmin iclasda Ermənistanın müdafiə, təhlükəsizlik və daxili işlər nazirləri, baş prokuroru iştirak edib. Serj Sarkisyan həmin gün Vaşinqtondan geri dönmüşdü.
OXŞAR XƏBƏRLƏR
15:18
2687
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3665
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3587
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1184
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
801
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
904