QHT rəhbərinə 10 il həbs cəzası verildi
Azərbaycanda dələduzluqda təqsirləndirilən və özünü hüquq müdafiəçisi kimi təqdim edən şəxs haqqında məhkəmə hökm çıxarıb.
APA TV-nin məlumatına görə, Şirvan şəhərində fəaliyyət göstərən "Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi" İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü Azad Vəlyəddin oğlu İskəndərli Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçən prosesdə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı ittiham olunan şəxsin etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərinin törətdiyi müəyyənləşdirilib.
Məlumat üçün bildirək ki, A.İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda, qanunsuz vəkil xidmətləri də göstərib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək