Göyçayda 8 yaşlı “Maqnit uşaq” peyda olub
Göyçay rayonunda azyaşlı uşaq bədəninə metal əşyalar yapışdırmaqla hamının marağına səbəb olur. Rayonun Mırtı kənd orta məktəbinin 2-ci sinif şagirdi olan Rəcəb Cəbiyevin bədənində güclü bioenerji olduğu aşkarlanıb. Səkkiz yaşlı Rəcəb bədəninə metal qaşıqlar, çəngəl və bıçaqlar, açar, mobil telefonlar və digər dəmir əşyalar yapışdırır. Onu rayonda “Maqnit uşaq” adlandırırlar. O, sinəsində və kürəyində eyni vaxtda 30-dan artıq metal əşyanı əl vurmadan saxlaya bilir. Ailə üzvləri arasında yalnız Rəcəb Cəbiyevdə olan bu qeyri-adi gücün nədən qaynaqlandığı hələlik məlum deyil.
Uşağın babası Nizaməddin Cəbiyevin sözlərinə görə, Rəcəbin bədənindəki bu qeyri-adi güc təsadüf nəticəsində məlum olub. Belə ki, televiziya kanallarının birində xarici ölkədə yaşayan “Maqnit adam”la bağlı efirə gedən videosujet Nizaməddin Cəbiyevin marağına səbəb olub və o, mobil telefonunu nəvəsinin sinəsinə yapışdırıb və onda da bu qeyri-adi gücün olduğunu görərək çox təəcüblənib. Rəcəbin balaca qardaşı Rəvanda və digər qohumlarda bu cür maqnitləşmə əlamətləri yoxdur. Nizaməddin Cəbiyev deyir ki, nəvəsi balaca olarkən kiçik həcmli dəmir əşyaları bədənində saxlaya bilirdi. Amma Rəcəb Cəbiyev böyüdükcə daha ağır çəkili metal əşyaları, eləcə də ütü, qazan, sini və başqa əşyaları sinəsində və kürəyində saxlaya bilir. Həkimlər Rəcəb Cəbiyevin səhhətində hansısa problemin olmadığını və onun tam sağlam olduğunu bildiriblər.

OXŞAR XƏBƏRLƏR
18:39
493
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
481
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
474
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
993
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1019
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1260