20 yaşlı şəhid hərbçi Beyləqanda dəfn olundu
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü şəhid Məhəbbət Zaman oğlu Mirzəyev Beyləqanda dəfn olunub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəhid doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin başçıları, millət vəkili Çingiz Qənizadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və Silahlı Qüvvələrin zabitləri iştirak edib. Şəhidin tabutuna sarılan üçrəngli bayraq atasına təqdim edilib.
Qeyd edək ki, Məhəbbət Zaman oğlu Mirzəyev cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
OXŞAR XƏBƏRLƏR
15:18
2687
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3665
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3587
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1184
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
801
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
904