Daha bir şəhid əsgərimiz torpağa tapşırıldı
Cəbhədə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Rəşid Əliağa oğlu Baxşəliyev bu gün Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
APA TV-nin xəbərinə görə, dəfn mərasimdə Sumqayıt və Zəngilan İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açıldıqdan və Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra şəhid torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilən üçrəngli bayraq yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Rəşid Baxşəliyev hərbi xidmətini başa vurub evə qayıtmaq üzrə idi.
OXŞAR XƏBƏRLƏR
15:18
2712
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3691
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3610
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1187
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
804
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
907