Xarici şirkətin vəzifəli şəxsinin arvadı Bakıda özünü asdı
Bakıda əcnəbi qadın intihar edib. APA TV-nin məlumatına görə, hadisə Badamdar yolu-121 ünvanında yerləşən üçmərtəbəli villada qeydə alınıb.
Orada kirayədə yaşayan, Cənubi Afrika Respublikasının (CAR) vətəndaşı, 1978-ci il təvəllüdlü Remadje Moarom Nikole evin pilləkən qəfəsindən özünü asıb. İki övlad anası olan qadının özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Səbail Rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, intihar edən qadının əri Azərbaycanda fəaliyyət göstərən özəl neft şirkətlərinin birində məsul vəzifədə çalışır.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2712
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3691
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3610
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1187
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
804
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
907