BQXK: Tərəflərdə hərbçilərin saxlanılması barədə məlumatımız yoxdur
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən gərginlik nəticəsində tərəflərdə hərbçilərin saxlanılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) rəsmi məlumat verilməyib.
Bu barədə APA-ya BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.
OXŞAR XƏBƏRLƏR
15:18
2712
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3691
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3610
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1187
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
804
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
907