Şəmkirdə taxta sexində partlayış: 1 yaralı
Bu gün səhər saatlarında Şəmkir rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv. m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv. m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb.
Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan fəhlə, 1966-cı il təvəllüdlü Şəki rayon sakini Laçın Adamov əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədəki xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək