Sabah bölgələrdə yağmurlu hava gözlənilir
Aprelin 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Aprelin 12-də Azərbaycanın rayonlarında - bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək