Bakı yollarında gizli işıqlar quraşdırılır!
Yaxın vaxtlarda sürücülər Bakının daha bir yolunda bir sıra yeniliklərin şahidi olacaqlar. Hazırda “Beton yol” kimi tanınan aeroport yolunda işlər davam etdirilir. Yolun Cəmşid Naxçıvanski adına hərbi məktəbin yanından hava limanına qədər olan hissəsinə yeni əyrixətli tirlər qoyulur. Orada yolun hərəkət zolağını bir-birindən ayırmaq və avtomobillərin əks istiqamətdə hərəkət edənlərin yoluna çıxmasının qarşısını almaq üçün vaxtilə beton sədd qoyulmuşdu. İndi isə ağ metaldan ibarət və bir qədər də hündür tirlərin quraşdırılması prosesi həyata keçirilir.
Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, aeroport yolunda yeniliklər bununla bitmir. Yaxın vaxtlarda orada müxtəlif işıq effektlərindən, yol nişanlarından və gizli işıqlardan da istifadə olunacaq.
Pünhan Mürsəliyev deyir ki, hələlik bu yolda işıqlandırma sistemi olmadığından sürücülərin sutkanın qaranlıq vaxtlarda bir qədər ehtiyyatlı olması və sürət həddini aşmaması vacibdir. Çünki yolun bəzi hissələrində arakəsmələr olmadığı üçün bəzi sürücülər istədikləri yerdən təhlükəli manevrlər edərək yolun əks istiqamətinə çıxır və ya geriyə dönmə əməliyyatı aparırlar. Bu isə qayda pozuntusu olmaqla yanaşı, həm də ciddi təhlükədir.

OXŞAR XƏBƏRLƏR
18:39
492
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
477
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
473
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
993
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1019
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1260