Bakıda sərxoş sürücü qəza törətdi
Bakıda sərxoş sürücü yol qəzası törədib. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Svetlana Məmmədova küçəsində baş verib.
Yüksək surətlə hərəkətdə olan KİA markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil iki yolu ayıran arakəsməyə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları gəliblər. İlkin araşdırma zamanı avtomobilin sürücüsünün sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2788
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3766
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3685
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1189
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
806
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
909