Bakıda "Qaraçılar günü"ndə qaraçılara qarşı əməliyyat: 33 nəfər tutuldu
Bakının dilənçilərdən təmizlənməsi istiqamətində növbəti əməliyyat keçirilib. APA TV-nin məlumatına görə, polisin keçirdiyi əməliyyat zamanı 33 qaraçı saxlanılıb.
Qaraçılara qarşı əməliyyat bu gecə Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib. Reyd nəticəsində Biləcəri qəsəbəsi ərazisində avaralıq və dilənçiliklə məşğul olan 33 nəfər - 10 qadın, 8 kişi və 15 uşaq müəyyən olunaraq saxlanılıb. Onların arasında xarici ölkə vətəndaşları da olub. Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə onların barəsində İnzibati xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub. Daha sonra qaraçılar avtobusla Daxili İşlər Nazirliyinin Xətai rayonunda yerləşən Qəbuledici və Bölüşdürücü Məntəqəsinə aparılıblar. Onlar həmin məntəqədə qeydiyyata alınıb, yaşayış yerləri üzrə rayonlara yola salınacaqlar.
Qeyd edək ki, qaraçıların qanunsuz əməllərinin və baş verə biləcək oğurluq hallarının qarşısını almaq üçün belə reydlər mütəmadi olaraq davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək