Sabirabad sakini öz evinə od vurdu
Sabirabad sakini ailə münaqişəsi zəminində öz evini yandırıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü kənd sakini Elçın Əliş oğlu Abbasov keçmiş həyat yoldaşının adına olan yaşadığı evə benzin tökərək yandırıb. Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsi əməkdaşlarının yanğının baş vermə anında hadisə yerində olması yanğının genişlənməsinin qarşısını alıb. 61 kvadratmetrlik 2 mərtəbəli evin birinci mərtəbəsində qəsdən törədilən yanğın bir neçə kvadratmetri əhatə edib.
Hadisəyə ev sahibinin həyat yoldaşı ilə boşanması səbəb olub. Faktla bağlı Sabirabad polis şöbəsində tədqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
2796
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3774
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3692
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1189
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
806
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
909