Rusiya Ermənistana satdığı qazın qiymətini xeyli ucuzlaşdırdı
Rusiya və Ermənistan arasında bu ölkəyə satılan qazın qiymətinin hər 1000 kubmetr üçün 150 dollara endirilməsi barədə razılıq əldə olunub.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında keçirdiyi brifinq zamanı Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
O, müvafiq razılığa Rusiyanın baş naziri Dmitri Medvedevlə aparılan danışıqlar nəticəsində gəlindiyini də sözlərinə əlavə edib. Rusiya daha öncə ötən ilin sentyabr ayında Ermənistana satılan qazın dəyərini 189 dollardan 165 dollara endirib.
Qeyd edək ki, qazın qiymətinin aşağı salınması ilə bağlı müvafiq razılaşma "Qazprom" rəhbəri Aleksey Miller ilə "Qazprom Armenia" şirkətinin baş direktoru Vardan Arutunyan arasında imzalanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2796
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3774
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3692
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1189
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
806
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
909