Xəzərdən meyiti tapılan neftçinin kimliyi bəlli oldu
Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
OXŞAR XƏBƏRLƏR
15:18
2796
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3774
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3692
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1189
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
806
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
909