Müdafiə Nazirliyi "Facebook" istifadəçilərinə müraciət etdi
Müdafiə Nazirliyinin mətbuat xidməti facebook istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır.
“Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.
Facebook istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək