MN: Ermənilər atəşkəsi yenə də pozur, Azərbaycan tərəfi cavab atəşi açmır
Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə ediblər.
Razılaşmaya baxmayaraq, Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Məlumata əsasən, hazırda Goranboy rayonunun Tapqaraqoyunlu yaşayış məntəqəsi yaxınlığındakı mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan intensiv olaraq atəşə tutulur.
Azərbaycan tərəfi razılaşmaya əməl edərək hələ ki, cavab atəşi açmır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək