"Adamyeyən komandir" öldürüldü
Suriyada öldürdüyü əsgərin daxili orqanlarını yediyi üçün "adamyeyən komandir" kimi tanınan Halit Əbu Sakkar öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə Suriyanın “Al Masdar” xəbər saytı məlumat yayıb. Bildirilir ki, Əbu Sakkar Lazkiyə istiqamətində öldürülüb.
Saytda yer almış xəbərdə əlavə olunub ki, Suriyanın hökumət qüvvələri "əl-Qaidə"nin Suriya qolu olan "ən-Nusra Cəbhəsi"nin üzvlərini pusquya salıb. Əbu Sakkar da burada zərərsizləşdirilib.
Qeyd edək ki, Əbu Sakkar əslən Homsdandır və Azad Suriya Ordusunun tərkibinə qatılan “Faruk” bölüyünün komandirlərindən olub. Onu son olaraq İdlibdə görmüşdülər.
OXŞAR XƏBƏRLƏR
15:18
2893
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3781
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1197
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
810
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
915