Dövlət Xidməti: Azərbaycanda cəbhəyə könüllü getmək istəyənlərin sayı artıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olur.
Xidmətdən APA-ya verilən məlumata görə, bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yüksək vətənpərvərlik hissləri nümayiş etdirən vətəndaşlara minnətdarlığını bildirir və bir daha vurğulayır ki, onlar zərurət yarandığı halda, ordu sıralarına çağırıla bilərlər.
Xidmət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən bütün əmr və tapşırıqları yüksək peşəkarlıqla həyata keçirməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR
15:18
2892
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3867
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3780
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1197
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
810
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
915