Ermənilər Ağdamda kəndi atəşə tutdu: üç ev dağıldı, yaralanan var
Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.
Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb.
Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. P. Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2926
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3891
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3800
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1201
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
812
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
917