Ermənilər Ağdamda iki dinc sakini yaraladı
Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdamda iki mülki şəxs yaralanıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Hacıməmmədli kəndinə düşən mərmi kənd sakini, 1968-ci il təvəllüdlü Fikrət Quliyevin, Xındırıstan kənd ərazi nümayəndəliyinin Sarıçoban kəndinə düşən mərmilər isə 1967-ci il təvəllüdlü İlqar Cəfərovun yaralanmasına səbəb olub.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların həyatına təhlükə yoxdur.
OXŞAR XƏBƏRLƏR
15:18
2926
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3891
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3800
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1201
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
812
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
917