Ermənilərin artilleriya zərbələri nəticəsində daha bir dinc sakin həlak oldu
Ermənistan Silahlı Qüvvələri təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmənin Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndini atəşə tutması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Qaraş Şahmar oğlu Dadaşov həyatını itirib.
Bu gün erməni silahlı qüvvələri Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb.
Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Xəsarət alan olmayıb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb.
OXŞAR XƏBƏRLƏR
15:18
2928
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
3892
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3802
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1201
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
812
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
917