Ermənistan mətbuatı: Azərbaycan Ordusu Seysulan və Talış yaşayış məntəqələrinə nəzarəti ələ keçirib
"Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir". APA-nın xəbərinə görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.
Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".
Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri, eləcə də Talış kəndinin ətrafındakı yüksəkliklərə nəzarəti ələ keçirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək