Azərbaycanda erkən nikahlar ən çox bu rayonlarda qeydə alınır - SİYAHI
2015-ci ildə Azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb.
Şöbə müdiri əlavə edib ki, ötən il Lerik və İsmayıllı rayonlarında erkən nikah faktları qeydə alınmayıb: “2015-ci ildə erkən nikahlar Şamaxı (2 fakt), Hacıqabul (10 fakt), Saatlı (11 fakt), Sabirabad (13 fakt) rayonlarında da qeydə alınıb”.
E. Səfərov qeyd edib ki, 2015-ci ildə erkən nikah faktlarına görə 52 cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
3052
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4005
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3911
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1211
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
820
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
925