Rusiya ilə ABŞ Əsədin taleyini həll edib - ƏRƏB MEDİASI
“Rusiya və ABŞ Suriya probleminin siyasi yolla həlli barədə razılığa gəliblər. Siyasi həllə Bəşər Əsədin istefası və başqa ölkəyə göndərilməsi də daxildir”.
APA-nın xəbərinə görə, bu barədə ərəb ölkələrində yayılan nüfuzlu “Al-Hayat” qəzeti məlumat verib. ABŞ dövlət katibi Con Kerriyə istinadən edən BMT Təhlükəsizlik Şurasındakı mənbə qəzetə bildirib ki, Vaşinqton və Moskva Suriyadakı siyasi prosesin gələcəyi barədə razılıq əldə ediblər: “Söhbət Suriya prezidenti Bəşər Əsədin istefası və başqa ölkəyə köçməsindən gedir”.
Xatırladaq ki, mart ayında əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan, sonra isə dövlət katibi Con Kerri Rusiyaya səfər ediblər.
OXŞAR XƏBƏRLƏR
13:37
175
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3088
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4043
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3912
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1211
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
820