Səhiyyə naziri Kürdəmirdə sakinləri qəbul edib
Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 4-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Nazir Oqtay Şirəliyev tibbi yardıma, müalicəyə, müayinəyə ehtiyacı olan sakinlərin müvafiq səhiyyə ocaqlarına istiqamətləndirilməsi üçün müvafiq göstərişlər verib.
Səhiyyə naziri ilə görüşə Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay və İsmayıllı rayonlarında yaşayan 70-ə yaxın insan qatılıb. Nazir səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandırıb, onların müraciətlərini, şikayət, təklif və fikirlərini dinlənilib və lazımi tədbirlər görüləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"