Şəkidə sahibkarlara güzəştli kredit verildi
Şəki rayonunun Aşağı Laysqı kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi ilə bağlı keçirilən tədbirdə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkara 638 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3527 investisiya layihəsinin maliyyələşdirilməsinə 245,2 milyon manat güzəştli kredit verilib. İndiyədək Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1444 investisiya layihəsinin maliyyələşdirilməsinə isə 88,3 milyon manat güzəştli kredit verilib ki, nəticədə 8300-ə yaxın yeni iş yerlərinin yaradılması mümkün olub.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"